o zərrə qədər belə güzəştə getməz

he will not yield one iota / an inch он ни на йоту не уступит
o yanlıq-bu yanlıq eləmək
Oba durdu köçməyə, gəlin getdi seçməyə.
OBASTAN VİKİ
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. == Məzmun və quruluşu == Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Zərdüşt belə deyirdi
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Yoxdu belə söhbət
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Mahnı belə yaranır
Kinopovest Dağıstanın xalq aşığı Süleyman Stalskinin (Konstantin Slanov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir. Ssenari müəllifi: Roman Fatuyev Quruluşçu rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov Quruluşçu operator: Teyyub Axundov, Cavanşir Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Niyazi Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Əlisəttar Atakişiyev Çalır: Üzeyir Hacıbəyov Adına Dövlət Simfonik Orkestri Dirijor: Niyazi Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova Rejissor assistenti: Əlisəttar Məlikov Konstantin Slanov — Süleyman Stalski Vladimir Txapsayev — Qara Maqoma Afanasi Koçetkov — Maksim Qorki Məmmədəli Vəlixanlı — Bədirxan Z.Abihəsənova — Məriyat Abbas Rzayev — Xanapi Ş.Montaşev — Harun Z.Qalazova — Ayna A.Qurumov — Hizri Ələkbər Hüseynzadə — Mola Hacımed Əli Qurbanov — kor aşıq A.Sarukayev — gənc aşıq Fateh Fətullayev — Bədirxanın adamı Sergey Yakuşev A.Slanov Süleyman Tağızadə M.Rəşidxanov S.Cetere S.Lazarev Vera Şirye Mikayıl Mikayılov — Biçeraxov İ.Markov T.Sidorova S.Tokar Sadıq Hüseynov — sərnişin Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O'G3NE
O'G3NE — Liza, Emi və Şelli Vol bacılarından ibarət Niderlandlı musiqi triosu. Onlar "Adem in, Adem uit" mahnısı ilə Niderlandı 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmişdirlər. 2014-cü ildə trio Niderlandın The Voice səs yarışmasında qələbə qazanmışdır və həmin qələbədən sonra O'G3NE Britaniyanın EMI Records albom şirkəti ilə anlaşma imzalamışdır. O'G3NE "Lights and Shadows" mahnısı ilə Niderlandı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Liza Vol 21 iyun 1994-cü ildə, Emi və Şelli əkizləri isə 18 oktyabr 1995-ci ildə Niderlandın Dordrext şəhərində anadan olmuşdur. Qızlar daha sonra ölkənin Fixnaart şəhərinə köçmüş və orada böyümüşdürlər. Liza, Emi və Şelli "Adem in, Adem uit" mahnısı ilə 2007-ci ildə Niderlandın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Junior Songfestival milli seçim turunda iştirak etmiş və nəticədə seçim turunda qalib gəlmişdirlər. Beləliklə bacılar Niderlandın Rotterdam şəhərində keçirilən 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkələrini "Adem in, Adem uit" mahnısı ilə təmsil etmiş və 17 ölkə təmsilçisinin mübarizə apardığı müsabiqədə Niderlanda 11-ci yeri qazandırmışdırlar. 2008-ci ildə onların 300% adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra isə 2011-ci ildə qrupun Sweet 16 adlı ikinci studiya albomu təqdim edilmişdir.
O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin. o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır. Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur. Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır. Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur. o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır. o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.
O.Torvald
O.Torvald (ukr. Оторвальд) — Ukraynalı rok qrupu. 2005-ci ildə Ukraynanın Poltava şəhərində yaranmışdır. Qrupun O.Torvald adlı debüt albomu 2008-ci ildə işıq üzü görmüşdür. O.Torvald qrupu GBOB, Chervona Ruta, Tavria games, Prosto Rock (Linkin Park qrupu ilə birlikdə), Zakhid, Krashche Misto UA (Evanescence və The Rasmus qrupları ilə birlikdə), Ekolomyja və Global Gathering kimi festivallarda çıxış etmişdir. Onlar "Time" mahnısı ilə Ukraynanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Qrup nəticədə müsabiqənin finalında 24-cü yerdə qərarlaşmışdır. Yevhen Halıç — vokalist, gitaraçı (2005–indiyə kimi) Denıs Mızyuk – gitaraçı, dəstək vokalçı (2005–indiyə kimi) Oleksandr Soloha — təbilçi (2011–indiyə kimi) Mıkıta Vasılyev — bassist (2014–indiyə kimi) Mıkola Rayda — pianoçu, DJ (2008–indiyə kimi) O.Torvald (2008) В тобі (2011) Примат (2012) Ти Є (2014) #нашілюдивсюди (2016) "Почуття" (2008) "Не грузи" (2009) "УЙ" (2010) "Качай" (2010) "Нас двоє" (2011) "Без тебе" (2012) "Mr.
O. Henri
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həmdə Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
O İl
O İl (1 yanvar 1978) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. O İl Şimali Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
O İnqyonq
O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969, Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi. 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır. 1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir. 1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır. 1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.
Belə bitməsin (teleserial, 2012)
Belə bitməsin (türk. Böyle Bitmesin) — 21 sentyabr 2012-ci il tarixindən TRT 1 telekanalında yayımlanan Türkiyə istehsalı teleserial. At Yapım tərəfindən yaradılmışdır. Baş rollarda Nərgiz Öztürk, Camal Toqdaş və Yeliz Kuvancıdır. Serialda dağılmaq üzrə olan ailələrin nələr yaşadıqları təsvir olunur.
Belə lazımdır (film, 1982)
Belə lazımdır qısametrajlı bədii filmi rejissor Vaqif Mustafayev tərəfindən 1982-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir. Əsas rolları Səməndər Rzayev, Səyavuş Aslan, Şükufə Yusupova və Hacı İsmayılov ifa edirlər. 1984-cü ildə Moskvada gənc kinematoqrafçıların IV Ümumittifaq kinofestivalında ən yaxşı rejissor işinə görə film Priz və Diploma layiq görülmüşdür. == Məzmun == Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir.
Kim Possibl: Belə Drama
Kim Possibl: Belə Drama (ing. Kim Possible: So the Drama) - 2005-ci ildə çəkilmiş qısametrajı animasiyadır. Həmçinin, animasiyanın "Kim Possibl Film: Belə Drama" (ing. Kim Possible Movie: So The Drama) və ya "Kim Possibl 2: Belə Drama" (ing. Kim Possible 2: So the Drama) kimi səslənir. Kim Possibl və Ron Stoppabl kömək üçün ikinci dəfə oyuncaq fabriki Nakasumiyə çağırırlar. Həkim Drakken Şiqonu, Nakasumini zorla qaçırmaq üçün önləyir. Lakin Şiqo Nakasuminin ancaq pencəyini ala bilir. Drakken isə pəncəkdə Nakasumi oyuncaq şirkətinə aid yeni bir oyuncaq şəkli tapır. Həkim Drakken artıq dünyanı ələ keçirmənin yolunu tapmışdır.
Sən Belə Cımbılısan (1982)
Film xeyirlə şərin mübarizəsi, dostluq və ədalət mövzusundadır. Ssenari müəllifi: Ağanağı Axundov, Vaqif Məmmədov Rejissor: Ağanağı Axundov Quruluşçu rəssam: Vaqif Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Bəhmən Əliyev, Rauf Dadaşov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, Arifə Hatəmi, Dinarə Seyidova, Vahid Talıbov, Solmaz Hüseynova Redaktor: D. Tahirova Filmin direktoru: Aydın Abdullayev Dadaş Kazımov — tısbağa (titrlərdə yoxdur) Sadıq Hüseynov — tısbağa (titrlərdə yoxdur) Xuraman Hacıyeva — parabüzən (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Denni O'Donohyu
Denni O'Donohyu (3 oktyabr 1980, Dublin) — müğənni. İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Əslən yunandır. Babaları vaxtı ilə Yunanıstandan köç edib İrlandiyaya gəlmişdir və ondan sonrakı nəsillər də həyatlarını burada yaşamağa üstünlük vermişdir. Denninin isə hələ uşaq yaşlarından musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, Mark Sheehan və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır.